Bakı sakinləri 35 kiloqram narkotik vasitəyə görə saxlanılıb - FOTOLAR
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata əsasən, həyata keçirilən əməliyyatlar nəticəsində ümumi çəkisi 35 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb.
Belə ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində Xəzər rayon sakini, əvvəllər məhkum olunmuş Əliyusif Məmmədov 99,865 qram marixuananı satan zaman cinayət başında saxlanılıb. İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlavə olaraq 6,523 qram marixuana aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Məmmədovun yaşadığı mənzilə də polis əməkdaşları tərəfindən baxış keçirilib. Bu zaman həmin evdən hazır qablaşdırılmış formada olan külli miqdarda – 31 kiloqram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Daxil olan digər məlumat əsasında Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Binə qəsəbəsi, Atçılıq massivində yaşayan Bəhmən Nağıyev saxlanılıb.
Onun həyatindəki istixanaya baxış keçirilən zaman 3 kiloqram 545 qram narkotik vasitə olan qurudulmuş marixuana, 86 ədəd yaş kütlə halında olan çətənə kolu, 39 ədəd çətənə bitkisinin şitili və 6,425 qram çətənə bitkisinin toxumları aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1097 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1084 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1084 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1081 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 984 dəfə oxunub