Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Oğlu ilə mübahisə edən ana özünü bıçaqladı - Azərbaycanda

Sumqayıt şəhərində oğlu ilə mübahisə edən 46 yaşlı qadın özünü bıçaqlayaraq intihara cəhd edib.

Report-un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Qurd dərəsi bağlar massivində baş verib.
Belə ki, həmin ünvanda yaşayan 1972-ci il təvəllüdlü Rəhilə Qurbanova özünə bıçaqla çoxsaylı xəsarətlər yetirərək intihara cəhd edib. Rəhilə Qurbanova ağır vəziyyətdə yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Yaralı qadın oğlundan şikayətçi olduğunu və ona görə intihara cəhd etdiyini deyib.
Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...