Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda müəllimin qız şagirdinin açıq-saçıq görüntülərini yaydığı iddia edildi

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin şagirdlərindən birinin valideyni polisə şikayət edib.

Mynews.az report-a istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət edən C.Ş. (şərtidir) bu məktəbdə təhsil alan yeniyetmə qızının açıq-saçıq görüntülərinin yayıldığını bildirib. C.Ş. şikayətində bu məsələdə qızının Ə. (şərtidir) adlı qadın müəlliminin əli olduğunu qeyd edib.

Polis faktla bağlı araşdırmalara başlayıb.

"Report" məktəbin direktoru Leyla Fətiyevaya açıqlama almaq üçün müraciət edib. Lakin o, bu mövzuda danışmaq istəmədiyini deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...