Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mənzildən qadın meyiti tapıldı

Gəncədə mənzildən 65 yaşlı qadın meyiti tapılıb.

Mynews.az Fövqəladə Halar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Yusubova Solmaz İslam qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...