Bakıda restoranın havalandırma sistemində ilişib qalan şəxslə bağlı - ŞOK TƏFƏRRÜAT - VİDEO
Bakıda gənc oğlanın bacaya düşməsinin detalları məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az- verilən xəbərəa görə, fevralın 22-dən 23-nə keçən gecə Nizami rayonu ərazisində yerləşən “Alov” parkındakı “Alov” restoranının havalandırma sistemində bir nəfər naməlum şəxsin sıxılmış vəziyyətdə qalması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Həyata keçirilən tədbirlərlə bacaya düşən şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib.
Araşdırmalar nəticəsində xilas edilən şəxsin Abşeron rayon sakini, 30 yaşlı Mehralıyev Asif Çingiz oğlu olması müəyyən edilib.
DİN-in mətbuat xidmətindən həmçinin bildirilib ki, A. Mehralıyev guya kimlərsə tərəfindən bacaya atılmasıı barədə KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil. Belə ki, A. Mehralıyev dindirilərkən məlum olub ki, o, iki gün əvvəl həmin restoranda işə düzəlibmiş. Hadisə baş verən gün isə A. Mehralıyev restoranın rəhbərliyindən icazə alaraq gedib. Yeyib-içdikdən sonra o, sərxoş vəziyyətdə işlədiyi restorandan oğurluq etmək niyyətinə düşüb. Bu məqsədlə də A. Mehralıyev gecə saat 02.00 radələrində restoranın havalandırma sistemi ilə içəriyə daxil olmaq istəyib. Lakin havalandırma sistemi dar olduğu üçün o hərəkətsiz vəziyyətdə qalıb və niyyətini başa çatdıra bilməyib.
Hazırda A. Mehralıyevin xəstəxanada müalicəsi davam etdirilir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1105 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1092 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1092 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1089 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 990 dəfə oxunub