Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Britaniyada partlayış: Ölənlər var - VİDEO

Britaniya polisi fevralın 25-də, axşam saatlarında İngiltərənin Lester şəhərində yerləşən kiçik ərzaq mağazasında baş verən partlayış nəticəsində dörd nəfərin həlak olduğunu təsdiqləyib.

Mynews.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

“Lesterdə gecə baş verən partlayış nəticəsində dörd nəfərin həlak olduğunu təsdiqləyirik”, – deyə bəyanatda deyilir.

Partlayış nəticəsində ikimərtəbəli bina tamamilə dağılıb. Binanın birinci mərtəbəsində mağaza fəaliyyət göstərib. Hadisə baş verən vaxt mağazada və ya yuxarı mərtəbədə yerləşən mənzillərdə nə qədər insanın olduğu barədə dəqiq məlumat yoxdur.

Lester polisi yerli yanğın mühafizə xidməti ilə birgə fakt üzrə araşdırma aparır.  Hüquq-mühafizə orqanları, insidentlə terror arasında hər hansı əlaqənin ortaya çıxmadığını açıqlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...