Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cəlilabadlı narkobaron tiryəklə saxlanılıb - FOTOLAR

Azərbaycanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyatlar nəticəsində külli miqdarda narkotik vasitə olan tiryək aşkarlanaraq dövriyyədən çıxarılıb.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində Cəlilabad rayon sakini Rəşad Abışov şübhəli şəxs qismində saxlanılıb.

Şöbədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 10 kiloqram 710 qram narkotik vasitə olan tiryək aşkar edilib. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. R.Abışov ifadəsində tiryəki satmaq məqsədilə əldə etdiyini bildirib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...