Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağcabədidə olay - 21 yaşlı tələbə qız qaçırıldı - VİDEO

Avtomobilin şüşəsini sındıraraq 21 yaşlı tələbə qızı qaçırıblar. Hadisə 3 gün əvvəl Ağcabədidə baş verib. Deməli, qız dərsdən evə qayıdarkən bir qrup şəxs tərəfindən zorla qaçırılıb. Valideynlərin iddiasına görə, qızlarına bir müddət öncə elçi düşüblər. Amma ailə onlara "yox" cavabı verib. Bundan sonra qarşı tərəf qızı qaçırıb. Üstəlik, qızın da bu evliliyə razılığı olmayıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, dərsdən evə qayıdan universitet tələbəsini zor tətbiq etməklə qaçırıblar.

7 nəfər oğlan avtomobilin şüşələrini sındırıb qızı maşından çıxarıblar. Hadisə Ağcabədidə Səməd Vurğun küçəsində baş verib.

Laçın rayonundan məcburi köçkün olan 21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir. Qızın yaxınları iddia edirlər ki, onu zorla qaçırıblar.

Bir müddət əvvəl İsmayıllı rayonunda məskunlaşmış, Laçın rayonundan olan bir ailədən Sevinc Musayeva üçün elçiliyə gəliblər. Anası deyir ki, onlara yox cavabı veriləndən sonra bu hadisə yaşanıb. Hazırda qızı qaçıran tərəf Sevincin valideynlərinə gənclərin ailə qurmalarına icazə vermələrini xahiş edir. Amma Musayevlər ailəsi deyir ki, qızın özü də həmin ailəyə gəlin köçmək istəmir.

Qızından xəbər ala bilməyən valideynlər hüquq-mühafizə orqanlarına məlumat veriblər. Rayon polis şöbəsindən "Xəzər Xəbər"ə verilən məlumata görə, faktla bağlı cinayət məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi açılıb. Həm qızın, həm də onu qaçıran oğlanın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...