Mingəçevir sakinindən marixuana götürülüb
Mingəçevirdə 15 kiloqram marixuana satmaq istəyən şəxs saxlanılıb.
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə bir nəfərin Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsinin sahilində külli miqdarda narkotik vasitə satacağı barədə əməliyyat məlumatı daxil olub.
Dərhal idarənin əməkdaşlarından ibarət əməliyyat qrupu qeyd edilən ünvana yollanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin yerdə narkotik vasitələrin satışında şübhəli bilinən Ağdaş rayon sakini İman Zamanov saxlanılaraq idarəyə gətirilib.
Saxlanılan şəxsin üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman ona məxsus çantadan külli miqdarda marixuana aşkar edilərək götürülüb. Ekspertiza həmin narkotik vasitənin ümumi çəkisinin 15 kiloqram 05 qram qurudulmuş marixuana olması barədə rəy verib.
İ.Zamanov ifadəsində marixuananı Qax rayonunda meşəlik sahədə yabanı halda yığdığını və qurudandan sonra satmaq niyyəti ilə Mingəçevir şəhərinə gətirdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 972 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 938 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 929 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 928 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 926 dəfə oxunub