Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı qadın getdiyi ölkədən uşaq oğurlayıb Bakıya qaçdı - VİDEO

2016-cı ilin sonlarında "Səni axtarıram"a müraciət edən pakistanlı ailə oğlan övladlarının Azərbaycandan Sevinc adlı qadın tərəfindən oğurlandığını demişdi.

Mynews.az xəbər verir ki, bu gün canlı yayımda Xoşqədəm Hidayətqızı axtarışlarının yekunlaşdığı və həqiqətən də pakistanlı ailənin uşağının qaçırıldığı faktını təsdiq edib.

Uşağı doğma ailəsinə qaytarmaq üçün pakistanlı tərəfin vəkili olan Şəfiqə Nağıyeva proqramda istəklərinə çatdığı xəbərini bildirib. Belə ki, Pakistan Ədliyyə Nazirliyindən gələn məktubda qadının uşağı qanunsuz yollarla Bakıya gətirdiyi təsdiqini tapıb.

Qeyd edək ki, pakistanlı kişi verilişdə fəhləliklə ailəsini dolandırdığını və Azərbaycana oğlunu axtarmağa gəlmək üçün evini satmaq məcburiyyətində qaldığını demişdi.

Verilişdən həmin kadrları təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...