Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Abşeronda həyətinə gətirdiyi torpaqdan ilan balaları çıxdı - VİDEO

Abşeron sakininin həyətə gətirdiyi torpaqdan 10 ilan balası çıxıb. O, sürünənləri şüşə qaba yığaraq saxlayıb.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, Abşeronun Mehdiabad qəsəbə sakini Namiq Qəfərov bir neçə gün öncə həyətinə torpaq tökdürüb. Torpağı yayarkən isə oradan ilan balaları çıxıb.
Namiq Qəfərov da ilan balalarını öldürməyib və şüşə qaba yığaraq saxlayıb.
Torpaqla birlikdə gələn bu sürünənlərdən biri digərlərindən fərqlənir. Onun başqa ilanın balası olduğu ehtimal edilir.
Namiq Qəfərov ilan balalarını Zoologiya İnstitutuna təhvil verəcəyini bildirib.
Məsələ ilə bağlı Zoologiya İnstitutunun direktoru Elman Yusifov bildirdi ki, havalar soyuduqda ilanlar torpağın altında qış yuxusuna gedir. Təbiət isindikdə isə həm ilanlar oyanır, həm də yumurtalarda canlanma yaranır və balalar çıxmağa başlayır. İlanların yuxudan oyanması isə adətən aprelin əvvəlində baş verir. Bu balaların indi oyanması da bu il təbiətdə olan anomaliya, yəni havaların isti keçməsi ilə əlaqədardır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...