Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda qanlı cinayət - Bıçaqlanma hadisəsi anbaan lentə alındı (Video) - VİDEO

Martın 4-də paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində baş verən dava zamanı, naməlum şəxs paytaxt sakini Yaşar Məmmədova bıçaqla xəsarət yetirərək onu qətlə yetirib.

Mynews.az 24.arbtv.az-a istinadən xəbər verir ki, həmin şəxs daha sonra hadisə yerindən yayınıb. “İsti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.Olaydan əvvəl qeyd edilən ünvanın qarşısında gözətçi işləyən Yaşar Məmmədovla, həmin ərazidə kirayə yaşayan Amin Kazımov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Hadisənin baş vermə anı həmin ərazidə quraşdırılan kameralar vasitəsilə lentə alınıb. Mübahisə zamanı saxlanılan şəxs Yaşar Məmmədova 7 bıçaq zərbəsi vurub. Çoxlu qan itirən yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanılıb. Amin Kazımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...