Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda daha bir ağır qəza - Avtomobil aşdı, yaralananlar var

Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Mynews.az report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunda qeydə alınıb. 

Belə ki, Gəlmətürk qəsəbəsindən əsas yola çıxan Ağayev Ruslana məxsus, 99-HH-699 seriya nömrəli, "Mazda" markalı avtomobil hərəkətdə olan, Mikayılzadə Elvarın idarə etdiyi 10-VC-543 seriya nişanlı, eynimarkalı avtomobilə çırpılıb. Nəticədə E.Mikayılzadənin idarə etdiyi avtomobil aşaraq yolun kənarında dayanan daha iki maşına çırpılıb.
Qəza zamanı 3 nəfər yüngül xəsarət alıb. Onlara xəstəxanada ambulator yardım göstərilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...