Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağstafada 12 raket tapılıb - FOTO

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Saloğlu qəsəbəsində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Mynews.az-a verilən xəbərə görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Ərazidə bir ev və həyətyanı sahəyə baxış keçirilib, 12 ədəd raket (səkkiz ədəd 122 mm-lik 9M22U raketi və dörd ədəd 200 mm-lik MD-20F raketi) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...