Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İntihar edən musiqiçinin son sözü - “26 min manatı verməsəm, məni...”

Musiqiçi Pircan Həsənovun intiharının bəzi təfərrüatı məlum olub.

Mərhumun qardaşı Gülməmməd Həsənovun AzNews.az-a bildirdiyinə görə, Pircan Həsənovun özünü öldürməsinə səbəb ondan 26 min manatın tələb olunmasıdır:

“Qonşu ilə arasında mübahisə düşüb. Qonşu da gedib polis idarəsinə şikayət edib. Polislər də bunu o ki var sıxışdırıb. İş məhkəməyə kimi uzanıb. Martın 13-də işlə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmədə onu yenə sıxışdırıblar, deyiblər ki, sənə 2 ildən 8 ilə kimi iş veriləcək. 26 min rüşvət tələb olunub. Guya zərərçəkən ayda 2 min pul qazanıb. 10 ay işləmədiyinə görə ona dəyən ziyan, həm də aylıq qazancı qarşılanmalıdr. Zərərçəkən taksi sürücüsüdür. Məhkəmədən sonra Pircan evə gəlib və bütün bunları anama deyib. Bildirib ki, sabaha kimi ona vaxt verilib. Zərərçəkən məhkəməyə gəlmədiyindən hakim prosesi saxlayıb. Pircan "26 mini manatı verməsəm məni həbs edəcəklər" deyib. Anamla söhbətdən sonra Pircan bir şüşə sirkə turşusunu götürüb öz otağına gedib. Hamı yatan vaxtda o, sirkə turşusunu içib. Gecə səs gəlib, yoldaşım baxanda görüb ki, bu, yıxılıb, ağzından da köpük gəlir. Tez təcili yardım çağırıb və onu xəstəxanaya aparıblar. Amma nə yazıq ki, onu xilas etmək olmayıb”.

Gülməmməd Həsənov qeyd edib ki, mərhumdan 26 min manatı kimin tələb etdiyini konkret bilmir: “Onlar ya zərərçəkənin adamları, ya da vəkilləridir. Bununla bağlı izahat verdik. Zərərçəkənlər Pircanın ölümündən xəbər tutan kimi iki dəfə üstümüzə hücum çəkiblər. Meyit ortada qalıb, anam balası üçün özünü öldürür, bunlar “əcəb olub, bizim istədiyimiz də bu idi, o, elə ölməliydi” deyirlər".

Gülməmməd Həsənov vurğulayıb ki, mərhumla zərərçəkənin arasında mübahisə top üstündə düşüb: “Yayda uşaqlar məhlədə top oynayanda gedib onun maşınına dəyib. O da qışqırıb uşaqların üstünə. Həmin vaxt qardaşım deyib ki, “uşaqdır da, harda oynasın? Bir topla dünya dağıldı?”. Qardaşım uşaqların tərəfini tutub. Ondan sonra qardaşımla yola getməyib. Bir gün də qaçanda yıxılıb, gedib polisə şikayət edib ki, onu Pircan vurub”.

Qeyd edək ki, musiqiçi Pircan Həsənov intihar edib. Onun qonşusu ilə arasında mübahisə düşüb. Qonşu polisə şikayət edib. Həmin şikayətlə bağlı aparılan məhkəmə prosesindən sonra evə gələn musiqiçi sirkə turşusu içərək intihar edib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...