Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Suraxanıda tanışını öldürənə ağır cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Rəcəb Məmmədovun Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Mynews.az-ın məlumatına görə, ötən il iyunun 24-də Suraxanı qəsəbəsində yaşayan Rəcəb Məmmədov evində aralarında yaranan mübahisə zamanı birlikdə yeyib-içdiyi tanışı Fərhad Mehdiyevə bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Nəticədə sonuncu kəskin qanitirmədən hadisə yerində keçinib.

İş materiallarına əsasən, Rəcəb Məmmədov özü DİN-nin 102 çağrı mərkəzinə zəng edib, evində meyit olduğunu bildirib. O, hadisə yerinə gələn Suraxanı RPİ-yə cinayətdən xəbərsiz olduğunu deyib. Lakin sonra, istintaqın gedişatında o törətdiyi əməlini etiraf edib. 

Məhkəmənin hökmü ilə Rəcəb Məmmədov 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Qeyd edək ki,  məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyib. Dövlət ittihamçısı R.Məmmədova 18 il 6 ay cəza təyin edilməsini istəyib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...