Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avtobusda həyəcanlı anlar - Sürücü sükan arxasında öldü

Tovuz-Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusunun sürücüsü ölüb. 

Report xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində baş verib. Tovuz rayon sakini, Bayram Əsəd oğlu Vəlizadə idarə etdiyi sərnişin avtobusunda qəfildən ölüb. Onun ürəktutmadan öldüyü bildirilir. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi

Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...