Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lənkəranda avtomobil qəzası: 2 qadın xəsarət aldı

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Mynews.az xəbər verir ki, rayonun Bürcəli kəndi ərazisində "VAZ 2108" markalı avtomobillə "Hyundai" markalı avtomobil toqquşub.

Qəzada Astara rayon sakinləri xəsarət alıb.

Bunlar Çayoba kənd sakini, 1977-ci il təvəllüdlü, Sevinc Seyidağa qızı Səfərova və Telman kənd sakini, 1957-ci il təvəllüdlü, Nərminə Barat qızı Rəhmətovadır.

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onlara ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...