Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlılar Peterburqda kütləvi dava salıblar

Azərbaycandan olan bir qrup şəxs Rusiyanın Vyborgski rayonunda kafelərin birində silahlı insident yaradıblar.

Mynews.az xəbər verir ki, hadisə yerinə gələn polislər davanın ölümlə nəticələnməsinin qarşısını ala biliblər.

Onlardan biri xüsusi təhlükəsizlik xidmətinin gizirindən qaçmağa çalışarkən işçilərin birinə atəş açıb. Saxlanılan şəxs polisə izahat verir.

Martın 18-də, təqribən gecə saat 02:00 radələrində Sirenevıy bulvar 18 ünvanında yerləşən “Milana” kafesinə Vıborq rayonunun xüsusi təhlükəsizlik alayı çağırılıb. 

Kafedə azərbaycanlılar əlbəyaxa döyüşə və travmatik silahla atışmağa başlayıblar.

Rosqvardiyanın əməkdaşlarını görən dava iştirakçıları qaçmağa qərar veriblər, baş gizir onlardan birini təqib edib.

50 metrdən sonra qaçan şəxs dayanıb, geri dönərək 42 yaşlı baş giziri hədəfə alaraq atəş açıb. Cavabında əməkdaş Kalaşnikov avtomatından havaya xəbərdarlıq atəşi açıb. Şübhəliyə asimmetrik cavab çatıb və o, atəşi dayandırıb.

Nəticədə 32 yaşlı Əhmədov saxlanılıb. Martın 18-i, səhər saatlarında o, artıq içkinin təsirindən ayılıb və onunla Vıborq rayonunun 59-cu polis bölməsi məşğul olur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...