Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lənkəranda ŞOK OLAY: ata oğlunun boğazını belə kəsdi

19 yaşlı Lənkəran sakininin boğazı kəsilib.

Mynews.az apa.tv-yə istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun "Mikrorayon" ərazisində qeydə alınıb.

Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 19 yaşlı gəncin boğaz nahiyəsindən kəsilərək xəsarət alması barədə məlumat verilib. Həkimlər hadisə yerinə gəldikdən sonra məlum olub ki, həmin şəxs şəhər sakini Əli İlham oğlu Yaqubzadədir. Zərifə Əliyeva küçəsi 78/10 mənzil 1 ünvanında yaşayan Əli Yaqubzadəyə ilkin tibbi yardım göstərdikdən sonra qanaxmanı dayandırmaq mümkün olub.

Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib və Əli Yaqubzadənin boğazı atası İlham Yaqubzadə tərəfindən butulka şüşəsi ilə kəsilib. İlham Yaqubzadənin hadisəni törədərkən sərxoş olduğu bildirilir.

Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...