Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İki şagird narkotik dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib

Keçən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2 min 487 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda aidiyyəti qurumların təqdim etdikləri illik hesabatlar əsasında hazırladığı "Azərbaycan Respublikasında Narkotiklərə nəzarət sahəsində 2017-ci ilə dair Ölkə Məruzəsi"ndə əksini tapıb.

Cinayət məsuliyyətinə cəlb olunanlardan 4 nəfəri 18 yaşınadək, 189 nəfəri 18-25 yaşınadək, 350 nəfəri 26-29 yaşınadək, 1944 nəfəri 30 yaşından yuxarıdır. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 28 nəfəri fəhlə, 6 nəfəri qulluqçu, 1 nəfəri maddi məsul şəxs, 2 nəfər nəqliyyat işçisi, 2 nəfər orta məktəb şagirdi, 2183 nəfər işləməyən, 2451 nəfər kişi, 36 nəfəri qadın, 936 nəfəri təkrar cinayət törətmişlər, 50 nəfəri  isə əvvəllər xüsusi qeydiyyatda olanlardır.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...