Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB

Ötən gecə Lənkəranda qaynatasını bıçaqlayan şəxs saxlanılıb.

Mynews.az report.az-a istinadən bildirir ki, Lənkəran şəhərində törədilən bıçaqlanma hadisəsinin qohumlar arasında baş verdiyi məlum olub.

Belə ki, Anar Mahmudov küçəsində yaşayan 1966-cı il təvəllüdlü Əmənov Şirzad Əlihüseyn oğlu övladları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Çoxlu qan itirən Ş.Əmənov əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin olaraq hadisənin naməlum şəxs tərəfindən törədildiyi söylənilsə də, ilkin istintaq zamanı cinayəti Ş.Əmənovun kürəkəninin törətdiyi üzə çıxıb. Qohumlar arasında baş verən münaqişə kürəkənin qaynatanı bıçaqlaması ilə nəticələnib.

Qeyd edək ki, hadisə ötən gecə, saat iki radələrində, şərti olaraq "RayPo" adlanan yaşayış massivində qeydə alınıb. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən Ş.Əmənovun vəziyyəti isə ağır olaraq qalır.

Təfərrüatlar açıqlanmasa da, hadisəni törədən şəxsin saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

10:49

Gecə saatlarında Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.

Mynews.az report.az-a istinadən bildirir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çoxlu qan itirmiş halda yaralı daxil olub.

Kişi xəstəxanaya oğlan övladları tərəfindən gətirilib. Onların bildirdiyinə görə, şəhərin Anar Mahmudov küçəsində yaşayan 1966-cı il təvəllüdlü ataları Əmənov Şirzad Əlihüseyn oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hadisə Şəhidlər xiyabanı küçəsində, "Raypo" adlanan ərazidə baş verib. Yaralı Ş.Əmənov Reanimasiya şöbəsinə yerləşdirilib. Oğlanlar izahatları alınması üçün polis şöbəsinə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...