Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Torpaq sahəsini hasara almaq istəyərkən kütləvi dava düşüb, xəsarət alanlar var - FOTOLAR

Ağdamda qonşular arasında kütləvi dava olub.

Mynews.az APA-ya istinadən bildirir ki, hadisə 4 Yol qəsəbəsində torpaq sahəsi üstündə baş verib. 

Ramiz Nəsibov qonşusu Məmmədov Rəşadətlə arasında qalan torpaq sahəsini hasara almaq istəyərkən dava düşüb. Dava zamanı səs-küyə gələn ailə üzvləri  2002-ci il təvəllüdlü  Məmmədov Kamil Qabil oğlu, 1998-ci il təvəllüdlü Abdullayev Elmir Teymur oğlu,  1982-ci il təvəllüdlü Məmmədov Xaliq  Ziyəddin oğlu, 1945-ci il təvəllüdlü  Məmmədov İmran oğlu və ev sahibi Rəşadət Məmmədov  Ramiz Nəsibov və qardaşları tərəfindən döyülərək xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...