Məhkum kriminal avtoriteti necə boğub öldürdü? - Təcridxanada QƏTL - VİDEO
Rusiyanın Vladimir şəhərinin 1 nömrəli istintaq təcridxanasında kamera yoldaşını öldürən Azərbaycan vətəndaşı Cəfər Mirzəyevin işinə baxılır. Seriya qətllərə görə ömürlük həbsə məhkum edilmiş Mirzəyev bu qətli ötən ilin fevralında törədib. O, kamera yoldaşı, Ryazanadan olan 30 yaşlı kriminal avtoriteti boğaraq qətlə yetirib. Hadisə baş verərkən Mirzəyev barəsində çıxarılmış hökmdən verilmiş apellyasiya şikayətinin nəticəsini gözləyirdi və bu səbəbdən təcridxanada saxlanılırdı. Dəfələrlə ağır cinayətlərə görə məhkum edilmiş residivistlə bir kamerada saxlanılan Mirzəyevi daha bir qətl törətməyə kriminal avtoritetin qoyduğu qaydalarla barışmaması vadar edib. Belə ki, avtoritet kamera yoldaşlarından ona adına uyğun hörmət qoymağı tələb edib, onlara o cümlədən güc tətbiq etməklə təsir göstərib. Mirzəyev isə bu vəziyyətlə barışmayıb və istintaqın versiyasına görə o, əvvəlcə kamera yoldaşına qələm, karandaş və lezviya ilə hücum edib. Sonra onu döşəkağı ilə boğaraq öldürüb. Nəticədə törətdiyi qətllərin üstünə daha birini artırıb. Mirzəyev özü azərbaycanlılardan ibarət olan və Azad Məmmədovun liderlik etdiyi “qara rieltorlar” bandasının fəal üzvü olub. Bu banda üzvləri yaşlı insanları qətlə yetirərək onların evlərini ələ keçirməklə məşğul idi. Banda üzvləri 2013-cü ildə tutulub və 2016-cı ildə onlara hökm çıxarılıb. Mirzəyevin azı dörd qətldə iştirak etdiyi təsdiqlənib.
A24.azHadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 995 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 958 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 948 dəfə oxunub