Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gömrükçülər güclü təsirə malik dərman preparatlarını müsadirə edib

Gömrükçülər güclü təsirə malik dərman preparatlarını müsadirə edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Mynews.az-A bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Emil Abdurəşid oğlu İbrahimov əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük qanunvericiliyinin tələbinə əsasən, gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib.

E.İbrahimov gömrük nəzarətindən keçərkən, hərəkətləri və əl çantasındakı təsvirlər şübhə doğurduğu üçün, o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən müvafiq qanunvericiliyə uyğun saxlanılıb. Sərnişinin çantası təkrar yoxlamadan keçirilib və orada üzərində “LYRICA Pfızer Pregabalin 300mg kapsul” sözləri yazılmış üç qutuda ümumilikdə 168 ədəd kapsul aşkarlanıb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq arayışına əsasən, həmin kapsuldakı dərman preparatı preqabalindir. Ümumi sayı 168 ədəd olan kapsulda (bir kapsulda 300mg) təsiredici maddənin ümumi miqdarı 50,4 qram təşkil edir.

Xatırladaq ki, preqabalin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına daxildir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...