Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kürdən meyiti çıxarılan kişinin intihar ehtimalı - Qardaşından halallıq istəyib

Kür çayının Kürdəmir rayon ərazisindən keçən hissəsində meyiti tapılan 1989-cu il təvəllüdlü Maqsud Məmmədsadıq oğlu Zamanovun intihar etdiyi ehtimal olunur.

Mynews.az xəbər verir ki, APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Kürdəmir rayon sakini M. Zamanov qardaşına zəng edib və "haqqınızı halal edin" deyərək telefonu söndürüb.

Daha sonra ona zəng çatmayıb. Bu səbəbdən də onun intihar etdiyi güman edilir

M. Zamanovun ölümünün dəqiq səbəbi Kürdəmir rayon Prokurorluğunda aparılan araşdırmadan sonra məlum olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...