Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hərbi xidmətdən yeni qayıdan şəxs ikinci mərtəbədən yıxılaraq iki qolunu qırıb

Mingəçevir şəhərində, Kür çayı sahilində aparılan inşaat işləri zamanı bədbəxt hadisə baş verib.

Mynews.az report.az-a istinadən bildirir ki, həmin tikintidə fəhlə kimi çalışan 1998-ci il təvəllüdlü Mehdiyev Rauf Süleyman oğlu iş zamanı ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

Hə iki qolu qırılan, həmçinin baş və bədəninin müxtəlif nahiyələrindən ciddi xəsarət alan yaralı dərhal xəstəxanaya yerləşdirilib.

R.Mehdiyevin hərbi xidmətdən yeni döndüyü və inşaat sahəsində qısa müddətlik əmək fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...