Gülay Zeynallı qəza keçirtdi
Müğənni Gülay Zeynallının başına iş gəlib.
Mynews.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən müğənni qəza keçirtdiyini deyib:
“Bu yaxınlarda təzə avtomobil aldım. Sevincimi bölüşmək üçün yaxın dostlarımla yığışıb, gəzməyə getdik. Evə qayıdanda birdən avtomobildən partlayış səsi gəldi. Dəli oldum, elə bildim maşın partladı. Bir də gördüm ki, “partpires” qırıldı, şüşələr üstümə dağıldı. Cana gələn mala gəlsin, şükür ki, xəsarət alan olmadı, təkcə maddi ziyana düşdük. Bədnəzərə, pis nəfsə çox inanıram. Bilirəm ki, gözə gəldim, yeni avtomobilin bir xətası olmalıydı”.
Gülay bədnəzərdən qorunduğunu da deyib:
“Bu həyatda pis nəfsdən betər heç nə yoxdur. Yeni bir iş gördüyüm ərəfədə bunu kiməsə desəm, o saat işlərim geri gedir, planlarım pozulur. Buna görə də heç vaxt planlarım barədə qabaqcadan danışmıram. Bununla da bədnəzərdən qorunuram”.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 911 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 595 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 586 dəfə oxunub