Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb

Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 11 radələrində rayonun Karrar kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Əlməhəmməd Əziz oğlu Əzizov həyətyanı sahədə laqonda aparatı ilə işləyərkən ehtiyatsızlıqdan bud nahiyəsini kəsib.

Zərərçəkən təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...