Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xəzərdə atəş səsləri və bir saat təqib: azərbaycanlı brokonyerləri necə tutdular... - VİDEO

Xəzərdə Qazaxıstanın ərazi sularına daxil olaraq qanunsuz balıq ovu ilə məşğul olan 4 Azərbaycan vətəndaşını saxlamaq üçün bu ölkənin sərhədçiləri silah işlətməli olublar. 

Mynews.az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, sərhəd pozucuları üç motorlu sürətli qayıqla sərhədçi gəmisindən uzaqlaşamağa çalışıb.

Bu zaman Qazaxıstan sərhədçiləri onları təqib edib, təqib bir saatdan çox davam edib. Brokonyerlərin yolunu dənizdən və qurudan kəsiblər. Onlar hətta havaya xəbərdarlıq atəşindən sonra da dayanmayıblar. Nəhayət sərhədçilər qayığın mühərrikinə atəş açandan sonra onları dayandırmaq və saxlamaq mümkün olub.

Qayığın göyərtəsində 4 Azərbaycan vətəndaşı saxlanılıb, onların ovladığı nərə balıqları isə demək olar aşkar edilməyib. Brokonyerlər yaxalanmazdan qabaq onları dənizə atıblar. Təkcə iki balıq aşkarlamaq mümkün olub. Nəticədə qayığı Aktau limanına çəkiblər, orada sərhəd pozucularını həbs ediblər və polisə təhvil veriblər. Onları sərhədi qanunsuz keçmə və qanunsuz balıq ovu üzrə 5 ilədək həbs gözləyir. //Virtualaz.org 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...