Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qardaşının yasına gedəndə atasının ölüm xəbərini aldı - Xalq artistimizin ailəsində FACİƏ - FOTO

Xalq artisti Simarə İmanovanın atasını maşın vuraraq öldürüb.

Yenicag.az-a açıqlama verən sənətkar gözyaşlarına hakim ola bilməyib:

“Bayram günü rəhmətə gedən qardaşımın ilində iştirak etmək üçün rayona gedirdik. Xəbər gəldi ki, bəs atanın vəziyyəti ağırdır, tez özünü xəstəxanaya çatdır. Demə, məni aldadıblar, atam artıq dünyasını dəyişib. Bayram bazarlığı etməyə gedəndə onu maşın vurub. Sürücü atamı tez xəstəxanaya çatdırıb, lakin həkimlər onu xilas edə bilməyiblər. Son nəfəsində əmimə yalvarıb ki, məni uşaqlarıma çatdırın”.

Qeyd edək ki, xəbəri axşam. az saytı yayıb.
***
Xalq artisti Simarə İmanovanın atası vəfat edib.

Mynews.az xəbər verir ki, bu haqda axşam.az-a xanəndənin yaxınları xəbər verib. Bildirilib ki, hadisə Novruz bayramı ərəfəsində baş verib.

Cəmaləddin bəy Cəlilabad rayonunda yolu keçərkən onu maşın vurub. Onun həyatını xilas etmək mümkün olmayıb.

Qardaşının yasına gedəndə atasının ölüm xəbərini aldı - Xalq artistimizin ailəsində FACİƏ - FOTO

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...