2 günlük övladını küçəyə atan qadın kimdir? - Şirvandakı hadisənin TƏFƏRRÜATI
Dünən Şirvan şəhərində iki günlük körpənin küçəyə atılması hadisəsinin təfərrüatı üzə çıxıb.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, yeni doğulmuş qız uşağı bələkdə şəhərin əslən Yardımlıdan olan insanların kompakt yaşadığı Deman məhəlləsindən tapılıb. Sakinlər bu barədə dərhal polisə xəbər veriblər və uşaq götürülərək doğum şöbəsinə verilib.
İlkin araşdırmalar zamanı uşağın qolundakı "birka"da Məmmədova Aysel Əli qızı yazıldığı məlum olub. Bəlli olub ki, körpənin anası onu tərk edərkən birkanı çıxarmağı unudub.
Araşdırmalar zamanı həmin qadının ailəli olduğu və daha 2 uşağa baxdığı, çətin maddi durumda yaşadığı üzə çıxıb. O, maddi imkansızlıq səbəbindən yeni dünyaya gətirdiyi övladına baxa bilmədiyini və böyük psixoloji sarsıntı keçirdiyini deyib. Həmçinin qadının övladını başqaları tərəfindən tez tapılması üçün açıq yerə qoyduğu müəyyənləşib.
Qeyd edək ki, 3 kiloqram çəkidə dünyaya gələn körpənin səhhəti normaldır.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi araşdırma aparılır.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1101 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1011 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 926 dəfə oxunub