Keçmiş nazirin qohumu ilə bağlı məhkəmə başladı
Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sənan Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Mynews.az report-a istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası aprelin 13-nə təyin edilib.
Qeyd edək ki, 30 nömrəli marşrut xəttinə nəzarət edən S.Cəfərov "M-Trans" MMC şirkətinin qeyri-rəsmi sahibi olan Rövşən Məmmədovun külli miqdarda pulunu mənimsəyib.
Marşrut xəttindən gələn gəlirlərin az olduğunu bilən R.Məmmədov hüquq mühafizə orqanlarına müraciət edib. Araşdırma nəticəsində ortada mənimsəmə faktının olduğu aşkarlanıb. S.Məmmədov hüquq mühafizə orqanlarına çağrılaraq saxlanılıb.
Xatırladaq ki, bir müddət əvvəl mətbuatda 30 nömrəli marşrut xəttində çalışan 57 sürücünün əmək haqqının verilməməsi ilə bağlı xəbərlər yer almışdı. Bildirilirdi ki, sürücülər bir neçə aydır maaş üzünə həsrət qalıblar. Onlar, ümumilikdə, 100 min manat məbləğində mənimsəmə faktının olduğunu qeyd ediblər.O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib
Zərərçəkmiş R.Məmmədovun sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumudur.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 969 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 934 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 925 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 924 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 922 dəfə oxunub