Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lənkəranda dəhşətli qəza - 5 ölü — FOTOLAR

Lənkəranda ölümlə nəticələnən yol qəzası olub.

Mynews.az APA-ya istinadən xəbər verir ki, Lənkəran rayonunun Gərmətük kəndi ərazisində "KaMAZ" markalı yük maşını ilə "Mitsubishi" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Ölənlər minik maşında olan şəxslərdir.

Xəsarət alan şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Hazırda meyitlərin maşından çıxarılması üçün xilasedicilər tərəfindən tədbirlər görülür.

Ölənlərdən üçünün qadın olduğu bildirilir. Məlumata görə, xəsarət alan azyaşlıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...