Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

.31 yaşlı qadın doğuşdan sonra öldü

Şəki Regional Perinatal Mərkəzində ana doğuşdan sonra ölüb. Türkan Məmmədova keysəriyə yolu ilə qız uşağını dünyaya gətirib. Bir neçə saat sonra qanaxma olub və əməliyyat aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Ölüm hadisəsi ilə bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Ana doğuşdan sonra elə xəstəxanada dünyasını dəyişib.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, Şəki şəhər sakini, 31 yaşlı Türkan Məmmədova martın 28-də Şəki Regional Perinatal Mərkəzinə qəbul olunaraq keysəriyə yolu ilə əməliyyat olunmaqla qız uşağını dünyaya gətirib. Lakin 40 dəqiqəyədək davam edən əməliyyatdan sonra səhhəti pisləşib. Türkan Məmmədova görülmüş tədbirlərə baxmayaraq vəfat edib. Qohumları Türkan Məmmədovanın ölümündə həkimləri günahlandırırlar.

Hadisə ilə bağlı xəstəxanadan heç bir məlumat verilməyib. Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci, zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq maddəsi ilə cinayət işi başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...