Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mingəçevirdə 14 yaşlı oğlan kanalda batıb

Mingəçevirdə yeniyetmə su kanalında boğulub.

Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Yuxarı Qarabağ kanalının Mingəçevirin Energetiklər qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Kəlbəcər rayonundan olan məcburi köçkün, Mingəçevir şəhərində yaşayan 2004-cü il təvəllüdlü Qafarzadə Nicat Azər oğlu həmyaşıdları ilə birlikdə kanalda çimərkən batıb.

Fövqəladə Hallar Nazirliyinin dalğıcları əraziyə cəlb olunub, axtarışlar davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...