Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakının nəqliyyat sistemində ciddi dəyişikliklər gözlənilir

Yol -nəqliyyat məsələləri üzrə tanınmış ekspert Ərşad Hüseynov Bakı Nəqliyyat Agentliyinin publik hüquqi şəxs kimi nizamnaməsinin təsdiqlənməsinə münasibət bildirib.

Mynews.az xəbər verir ki, ekspertin sözlərinə görə, nizamnamədə çox ciddi yeniliklər var və bundan sonra paytaxtın nəqliyyat sistemində müsbət mənada xeyli dəyişiklik olacaq:


"Birincisi, nəhayət, bizim ölkəmizdə də svetoforların, yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkəti təşkilinin digər texniki vasitələrinin tətbiqi ilə əlaqədar milli qanunvericiliyimiz olacaq, sovet dövründən qalan aktlara istinad etməkdən canımız qurtaracaq.

İkincisi, Bakıdakı bütün parklanma yerləri Bakı Nəqliyyat Agentliyinə veriləcək.

Üçüncüsü, bütün avtobus və taksi dayanacaqları da Agentliyin balansına veriləcək.
Dördüncüsü, Bakının bütün svetoforları vahid mərkəzdən idarə ediləcək.

Beşincisi, Bakının bütün küçələrində hərəkətin təşkili vəziyyəti təhlil olunacaq və təbii ki, xeyli əhəmiyyətli düzəlişlər olacaq.

Altıncısı, Bakıda ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması üçün real tədbirlər görülməsi (avtobus parklarının yaradılması, sürücülərin xüsusi hazırlığı, texniki nəzarət və s.) mümkün olacaq və s."

Qeyd edək ki, aprelin 2-də Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd edilir ki, "Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi" təsdiq edilsin.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...