"Atam mənə "əxlaqsızsan" dedi, ərim də..."
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlayan Əlqismət Heydərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Mynews.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin icraatında olan iclasda hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə Ə.Heydərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 57 yaşlı Ə.Heydərov həyat yoldaşı Qönçəxanım Heydərovanı iki qızının gözü qarşısında işgəncə verərək bıçaqlayıb. Zərərçəkmiş Q.Heydərova ərini bağışladığını deyib: "Süfrədə oturub yemək yeyirdik, mübahisə düşdü, bir anda oldu. Şikayətçi deyiləm".
Ə.Heydərovun 23 yaşlı kiçik qızı Aytac boşandığını və telefon mağazasında satıcı işlədiyini deyib: "Həmin gün anam zəng edib dedi ki, gəl evdə bacına köməl elə, mən də gəldim. Sonra da heç nədən dava düşdü. Atamı bağışlamışam".
Heydərovların 26 yaşlı böyük qızı Tünzalə atasını bağışlamadığını deyib: "Bu adam hər gün içib evdə dava salır. Gedib mənim ərimə demişdi ki, qızım əxlaqsızdı. Onlar da məni boşayıb, uşaqlarımı əlimdən aldılar. Bu adama görə ailəm dağıldı".
Hadisəni törədən Ə.Heydərov isə arvadını öldürmək fikri olmadığını deyib: "İşdir də oldu, çox əsəbiləşmişdim, özümü saxlaya bilmədim".
İttihama görə, dava qızların evə gec gəlməsinə görə olub. İfadə verən ailə üzvləri bunu təkzib etsələr də, əsl səbəbi açıqlamaqdan imtina ediblər.
Loading...
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 921 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 903 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 594 dəfə oxunub
loading...