Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məcburi köçkünlərin yaşadığı sanatoriya yanıb

Fövqəladə Hallar Nazirliyi Pirşağı qəsəbəsində yerləşən “Gilavar” sanatoriyasında baş verən yanğınla bağlı məlumat yayıb. 

Nazirlikdən Mynews.az-a verilən məlumata görə, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən və hazırda fəaliyyət göstərməyən “Gilavar” sanatoriyasının ərazisində məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli korpusun 1-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan iki otağın və dəhlizin yanar konstruksiyaları, binaya bitişik tikilmiş ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları 18 m² sahədə yanıb. 

Yanğın zamanı yuxarı mərtəbələrdəki tüstülənən otaqlardan 55 nəfər sakin FHN-nin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyyə edilib. Bina yanğından mühafizə olunub.

Yanğın söndürülüb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...