Beyləqanda mənzildən meyiti aşkarlanan qadının qətlə yetirildiyi müəyyən edilib

Beyləqan rayonunda mənzildən meyiti aşkarlanan 39 yaşlı qadının qətlə yetirildiyi müəyyən edilib.
Mynews.az-ın məlumatına görə, bu barədə Beyləqan rayon Prokurorluğundan məlumat verilib.
Qeyd edilib ki, aprelin 4-də Beyləqan şəhəri, Nizami küçəsi, ev 7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Ramilə Fazil qızının mənzilində meyiti tapılması barədə məlumat daxil olub.
Rayon prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib və və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitin xarici müayinəsi keçirilib. Müayinə zamanı meyitin üzərində kəsici-deşici alətlə çoxsaylı xəsarətlər aşkar edilib. Meyit daxili müayinə edilmək üçün ekspertizaya təqdim edilib.
Faktla bağlı Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq davam etdirilir.
Hadisənin kim tərəfindən törədildiyi məlum deyil və faktla bağlı saxlanılan yoxdur.
Xatırladaq ki, aprelin 4-də səhər saatlarında Beyləqan şəhəri, Nizami küçəsi, ev 7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Ramilə Fazil qızının mənzilində meyiti tapılıb.
Mərhumənin qonşuları Daxili İşlər Nazirliyinin "102 “qaynar xətti”nə məlumat verib.
Hadisə
- Bakıda maşın mağazaya belə girdi - ANBAAN VİDEO
- Dəm qazı daha bir tələbənin canını aldı - Bakıda faciə
- Qatarla avtomobilin toqquşması zamanı ölənlərin - ADLARI
- Azərbaycanda qatar avtomobillə toqquşdu - Ölənlər var
- BDU-nun 2 tələbəsinin vəziyyəti pisləşib
- Dəhşətli qəzada ölənlər maşından belə çıxarıldı - VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Dəhşətli qəzada ölənlər maşından belə çıxarıldı - VİDEO 555 dəfə oxunub
- Bakıda piyada özünü maşının qarşısına atdı - DƏHŞƏTLİ HADİSƏ - VİDEO 554 dəfə oxunub
- Qışın ilk ayında neçə gün dincələcəyik? 199 dəfə oxunub
- Xoşqədəm efirdə hönkür-hönkür ağladı - "Özümü bağışlaya bilmirəm" - VİDEO 191 dəfə oxunub
- Azərbaycanlı icra başçısı işə avtobusla gedir 188 dəfə oxunub