Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

4 uşaq atasını intihara vadar edən - SƏBƏBLƏR

Hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb. Ötən axşam 1969-cu il təvəllüdlü Əhədov Elşən Əhəd oğlu yaşadığı evdə intihar edib.

Bu haqda Xıllı qəsəbə ərazi nümayəndəsi Namiq Məmmədovun “Ölkə.Az”a verdiyi məlumatda deyilir:
“4 qız atası olan Elşən Əhədov bir müddət idi ki, başında ağrılardan əziyyət çəkirdi. Tez-tez müalicə üçün Bakıya gediridi. İlkin ehtimala görə, elə xəstəliyinin ağır olduğunu bilib intihar edib. Son sözü yenədə istintaq orqanları deyəcək”.
Qeyd edək ki, ali təhsilli olan Elşən Əhədov Neftçala Balıq Kombinatında operator vəzifəsində işləyib. Ancaq son zamanlar xəstəliyi ilə əlaqədar işə də az-az gedib. Həyat yoldaşı isə orta məktəbdə müəllim işləyib.

Faktla əlaqədar Neftçala rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...