Axtarışda olan 1344 şəxs sərhəddə saxlanılıb
Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər uğurla davam etdirilir.
DSX-dan Mynews.az-a verilən məlumata görə, 2018-ci ilin birinci 3 ayı ərzində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd nəzarəti və əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi sayəsində önəmli nəticələr əldə olunub.
İnterpolun axtarışında olan, həmçinin hüquq-mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş 1344 şəxs dövlət sərhədindən buraxılış məntəqələrində müəyyən edilərək saxlanılıb.
Dövlət sərhədindən saxta və özgəsinə məxsus sənədlərlə keçməyə cəhd edən 76 nəfər saxlanılıb, onlardan 29 nəfəri Azərbaycan vətəndaşı olub. 47 nəfər əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan ərazisinə gəlmə və ölkə ərazisindən tranzit istifadə etməklə Avropa ölkələrinə səfər etmə cəhdlərinin qarşısı alınıb, gəlişinin məqsədini izah edə bilməyən 101 nəfər əcnəbi vətəndaş qanunsuz miqrant olması ehtimal edilərək arzuolunmaz şəxs qismində ölkə ərazisinə buraxılmayıb.
Belə ki, qeyd olunan dövr ərzində dövlət sərhədindən buraxılış məntəqələrində 29 nəfər əcnəbinin, o cümlədən 17 nəfər Özbəkistan vətəndaşı, 3 nəfər Tacikistan vətəndaşı, 2 nəfər İİR vətəndaşı, 2 nəfər Qırğızıstan vətəndaşı, 2 nəfər Qana vətəndaşı, 1 nəfər Konqo vətəndaşı, 1 nəfər İordaniya vətəndaşı, 1 nəfər RF vətəndaşının sərhədkeçmə sənədlərinin saxta olması müəyyən edilib.
Azərbaycan ərazisindən tranzit istifadə etməklə saxta viza və yaşamaq barədə vəsiqələrlə Avropaya səfər etməyə cəhd edən 18 nəfər əcnəbi, o cümlədən 8 nəfər Şri-Lanka, 3 nəfər Pakistan, 2 nəfər İİR, 2 nəfər İraq, 2 nəfər Hindistan, 1 nəfər Konqo vətəndaşı saxlanılıb.
Bu müddət ərzində ölkəyə gəlmək məqsədlərini izah edə bilmədiklərinə görə 27 nəfər Özbəkistan vətəndaşı, 20 nəfər Pakistan vətəndaşı, 18 nəfər Hindistan vətəndaşı, 8 nəfər Şri-Lanka vətəndaşı, 5 nəfər Qırğızıstan vətəndaşı, 4 nəfər İİR vətəndaşı, 4 nəfər Tacikistan vətəndaşı, 3 nəfər Banqladeş vətəndaşı, 2 nəfər BƏƏ vətəndaşı, 2 nəfər İraq vətəndaşı, 2 nəfər Əfqanıstan vətəndaşı, 2 nəfər Qana vətəndaşı, 1 nəfər Konqo vətəndaşı, 1 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı, 1 nəfər Suriya vətəndaşı, 1 nəfər Misir vətəndaşı ölkə ərazisinə buraxılmayıb.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 915 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 598 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 589 dəfə oxunub