Qaradağda faciəli qəza: Dağıstana işləməyə gedən 4 nəfər faciəvi şəkildə öldü

Ələt-Astara yolunun Qaradağ rayonu hissəsində 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Elturan Fərəcovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə hadisənin şahidləri ifadə verib.
İttihama görə, hadisə 2017-ci il iyulun 13-də gecə saatlarında baş verib. Rusiyaya gedən “Mercedes” markalı mikroavtobus “Kamaz” markalı qoşqulu yük maşınına çırpılıb.
Qəza nəticəsində “Mercedes”in sərnişinləri - 1993-cü il təvəllüdlü Tuhid Əliyev, 1982-ci il təvəllüdlü Şahid Qəhrəmanov, 1947-ci il təvəllüdlü Ramiz Xudaverdiyev və 1951-ci il təvəllüdlü Azad Abdullayev vəfat ediblər.
Qəza zamanı daha iki nəfər yaralanıb.
Hadisə nəticəsində vəfat edənlər Astara rayonunun Səncərədi kənd sakinləridir. Onlar Dağıstana işləməyə gedirmiş.
Qəzada yalnız “Kamaz”ın sürücüsü ilə mikroavtobusun sürücüsü, Astara rayonun Səncərədi kənd sakini Elturan Fərəcov xəsarət almayıb.
Elturan Fərəcov həmkəndlilərini pul müqabilində Xasavyurt şəhərinə çatdırmalı imiş.
İstintaq araşdırması zamanı qəzanın törədilməsində Elturan Fərəcov təqsirli bilinib. Ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü (iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydasını pozmaq) maddəsi ilə ittiham elan edilib.
Prosesdə şahid qismində Tahir Səfərov ifadə verib. O, hadisənin baş verəməsindən danışıb.
Proses davam edir.
mənbə: teleqraf.com
Hadisə
- Yevda Abramovun dəfn mərasiminin gecikməsinin səbəbi açıqlandı
- Azərbaycanlı cüdoçular donmaqdan son anda xilas edildilər
- Bakıda maşın mağazaya belə girdi - ANBAAN VİDEO
- Dəm qazı daha bir tələbənin canını aldı - Bakıda faciə
- Qatarla avtomobilin toqquşması zamanı ölənlərin - ADLARI
- Azərbaycanda qatar avtomobillə toqquşdu - Ölənlər var
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Xoşqədəm efirdə hönkür-hönkür ağladı - "Özümü bağışlaya bilmirəm" - VİDEO 197 dəfə oxunub
- Azərbaycanlı icra başçısı işə avtobusla gedir 191 dəfə oxunub
- Ermənilər AzTV-nin əməkdaşlarına xəsarət yetirdi 189 dəfə oxunub
- Azyaşlını bədənindən “cin çıxararkən” döyüb öldürdülər 188 dəfə oxunub
- Prezident Administrasiyasında daha bir - TƏYİNAT 185 dəfə oxunub