Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kanala düşən buzovu çıxartmaq istədilər, faciəvi şəkildə öldülər - Azərbaycanda / FOTOLAR

Fövqəladə Hallar Nazirliyi Qubada 2 nəfərin batması ilə bağlı məlimat yayıb.

Mynews.az  nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, rayonun Gədikqışlaq kəndində 2 nəfərin Samur-Abşeron su kanalında batdığı ehtimal edilir. Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

***
Quba rayonu ərazisində iki nəfər su kanalında batıb.

Mynews.az report-a istinadən xəbər verir ki, Quba rayon Gədik kənd sakinləri Vidadi Mehrəliyev və Səhrab Seyfulov Taxtakörpü-Ceyranbatan su kanalına düşən buzovu çıxartmaq istəyiblər.

Onlar bu məqsədlə bir-birilərinə ip bağlayaraq kanala düşüblər. Lakin bu zaman onların ikisini də su aparıb.

Hazırda əraziyə Quba rayon Polis şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Şimal regional mərkəzinin xilasediciləri cəlb olunub. Hadisə yerinə qaldırıcı kran gətirilib. İtkin düşən şəxslərin meyiti kanalın dibində aşkar edilib. Hazırda onları suyun üzərinə çıxartmaq mümkün olmadığından, kanalda suyun səviyyəsinin azaldılması planlaşdırılır.

Kanala düşən buzovu çıxartmaq istədilər, faciəvi şəkildə öldülər - Azərbaycanda / FOTOLAR
Kanala düşən buzovu çıxartmaq istədilər, faciəvi şəkildə öldülər - Azərbaycanda / FOTOLAR
Kanala düşən buzovu çıxartmaq istədilər, faciəvi şəkildə öldülər - Azərbaycanda / FOTOLAR
Kanala düşən buzovu çıxartmaq istədilər, faciəvi şəkildə öldülər - Azərbaycanda / FOTOLAR
Kanala düşən buzovu çıxartmaq istədilər, faciəvi şəkildə öldülər - Azərbaycanda / FOTOLAR
Kanala düşən buzovu çıxartmaq istədilər, faciəvi şəkildə öldülər - Azərbaycanda / FOTOLAR
Kanala düşən buzovu çıxartmaq istədilər, faciəvi şəkildə öldülər - Azərbaycanda / FOTOLAR

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...