Azərbaycana 40 min dollarlıq tiryək gətirən şəxs saxlanılıb
Azərbaycana satış məqsədilə 40 min dollar dəyərində tiryək gətirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında Biləsuvar rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində Şirvan şəhər sakini Xəyal Dəmirov saxlanılıb.
Onun idarə etdiyi avtomobilə baxış zamanı 18 kiloqram 120 qram çəkidə narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.
Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində X.Dəmirovla aparılan sorğu zamanı müəyyən edilib ki, o təxminən bir ay əvvəl “Odnoklassniki.ru” sosial şəbəkəsində özünü “Səxavət” kimi təqdim edən İran vətəndaşı ilə tanış olub.
Daha sonra həmin şəxs X.Dəmirova istintaqa məlum olmayan şəxslər vasitəsilə Azərbaycana ərazisinə külli miqdarda tiryək göndərəcəyini və narkotik vasitəni götürərək satışının təşkil olunmasında ondan köməklik istəyib.
Razılıq əldə olunandan sonra aprelin 9-da “Səxavət” adlı şəxs X.Dəmirovla əlaqə saxlayaraq narkotik vasitənin Ələt-Astara magistral yolunun sağında əvvəlcədən müəyyənləşdirdikləri yerdə gizlədildiyini bildirib.
İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxs tiryəki 40000 ABŞ dollarına satıb pulunu hissə-hissə “Səxavət” adlı şəxsə göndərməli imiş.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 901 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 586 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 578 dəfə oxunub