Sabiq MTN polkovnikinə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində Vüqar Güləliyev, Ceyhun İbayev, Nicat Əliyev, Anar İsmayılov və Vüqar Əsədovun Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurulmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.azz-ın məlumatına görə, ittiham aktına əsasən, təqsirləndirilən şəxslər qabaqcadan cinayət əlaqəsinə girərək vətəndaş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini vəd edərək, zərərçəkmişdən 147.000 manat pul alıblar və həmin məbləği dələduzluq yolu ilə ələ keçiriblər.
Qeyd edək ki, Vüqar Güləliyev ləğv edilmiş MTN-in sabiq polkovniki olub.
Məhkəmənin hökmü ilə Vüqar Güləliyev 8 il, Ceyhun İbayev, Vüqar Əsədov və Nicat Əliyev 6 il 6 ay və Anar İsmayılov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Ev dustaqlığında olan C. İbayev iclas zalında həbs edilib, V. Əsədov və A. İsmayılovun barəsində isə şərti cəza seçilib.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 963 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 924 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 915 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 914 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 911 dəfə oxunub