Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Alimin evindən 1 milyon manat oğurlayan qulluqçunun cəzası ağırlaşdırıldı

Nəsimi Rayon Məhkəməsində alimin evindən küllü miqdarda pul oğurlamaqda təqsirli bilinən qulluqçu Zeynalova Xanım Abduləli qızının istintaq dövründə həbs müddəti artırılıb.

Xatırladaq ki, 2015-ci ilin oktyabr ayında Azərbayacan AMEA-nın əməkdaşı, professor, elmlər doktoru, 2002-2014-cü illərdə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsində işləmiş, indi isə AMEA Əlyazmalar İnstitutunun direktor müavini işləyən Aybəniz Əliyevanın evindən 536 min ABŞ dolları (912 min AZN), 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Şübhəli şəxs qismində alimin evində xadimə kimi çalışan Zeynalova Xanım Abduləli qızı saxlanılıb və Nəsimi RPİ-də qadın barəsində cinayət məcəlləsinin 177.3.2-ci (küllü miqdarda oğurluq etmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı məlum olub ki, Zeynalova Xanım Abduləli qızı 2010-cu ildən 2014-cü ilə qədər Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyevanın evində xadimə işləyib. Xadimə işlədiyi müddətdə Bakı Metropoliteninə də işləmək üçün CV verib. 2015-ci ilin fevral ayından Bakı Metropolitenində işləməyə başlayıb. 2015-ci il oktyabr ayının 19-da isə Aybəniz Əliyevanın xahişini nəzərə alaraq, səhər saat 11 radələrində bacısı ilə birgə onun evinə gedib. Bu zaman məlum olub ki, Aybəniz Əliyevanın evində xadimə işləyən Mahirə adlı qadın (soyadı qeyd edilməyib) evdən 100 min manat pul oğurlamasına dair şübhəli bilinərək ondan izahat alınıb. Elə həmin vaxt müstəntiq Elburus Rüstəmov Xanım Zeynalovadan da izahat alıb. Bundan sonra müxtəlif vaxtlarda Xanım Zeynalova bir neçə dəfə bu oğurluq hadisəsinə görə dindirilib. Bu məbləğ isə bir müddət sonra 536 min ABŞ dolları, 143 min manat dəyərində qızıl-zinət əşyaları kimi göstərilib. 2017-ci il iyul ayının 21-də isə Zeynalova Xanım barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib.

Qeyd edək ki, həmçinin Aybəniz xanımın qızı Gülşən Əliyeva  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektorudur.

Alimin evindən 1 milyon manat oğurlayan qulluqçunun cəzası ağırlaşdırıldı

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...