Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Polis 56 nəfəri həbs elədi - AZƏRBAYCANDA

Daxili İşlər Nazirliyi aprelin 12-dən 13-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Xeberle.com-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 100 cinayət faktı qeydə alınıb, onların da 15-i "isti izlər”lə açılıb. Eyni zamanda, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Rəsmi məlumata görə, respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...