Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı sakini su çəninin altında qalaraq öldü

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Mynews.az “report”a istinadən xəbərinə görə, 1987-ci il təvəllüdlü Fərhadov Sabir Allahverdi oğlu Novxanı qəsəbəsində əmisinə məxsus fərdi yaşayış evində işləyərkən ehtiyatsızlıqdan su çəni onun üzərinə düşüb. O, ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı hadisə yerinə ilk olaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis bölməsinin əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...