Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Güclü qar meyvə ağaclarına ziyan vurdu - Şamaxıdan AĞAPPAQ FOTOLAR

Şamaxı rayonunda iki gündür davam edən güclü leysan yağışları bu gün sulu qar, günün ikinci yarısından etibarən isə qarla əvəzlənib.

Mynews.az  "Report"a istinadən xəbər verir ki, yağıntı ən çox rayonun dağlıq ərazilərinə düşüb.

Pirbəhli, Qızmeydan, Dəmirçi, Zarat və Ərçiman dağ kəndlərində qarın qalınlığı 10-20 sm təşkil edib.

Qarın yağması nəticəsində yeni çiçəkləməkdə olan meyvə ağaclarını şaxta vurub.

Qeyri-sabit hava şəraiti avtomobil yollarına təsir etməyib. Şamaxı-Pirqulu, Şamaxı-İsmayıllı, Şamaxı-Ağsu və Şamaxı-Bakı yolu işlək vəziyyətdədir.

Güclü qar meyvə ağaclarına ziyan vurdu - Şamaxıdan AĞAPPAQ FOTOLAR
Güclü qar meyvə ağaclarına ziyan vurdu - Şamaxıdan AĞAPPAQ FOTOLAR
Güclü qar meyvə ağaclarına ziyan vurdu - Şamaxıdan AĞAPPAQ FOTOLAR
Güclü qar meyvə ağaclarına ziyan vurdu - Şamaxıdan AĞAPPAQ FOTOLAR

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...